Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / “Azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edilib”

“Azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edilib”

“Ermənistanda saxlanılan azərbaycanlı girovlarla bağlı Avropa Məhkəməsinə müraciət edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, dövlətin və ictimaiyyətin bu məsələyə diqqəti böyükdür və bir yenilik olarsa, mətbuata açıqlama veriləcək.

Sədr daha sonra vəkillərin fəaliyyətindən danışıb:

“2018-ci il ərzində 4 vəkilin fəaliyyətini dayandırılması barədə qərar qəbul edilib. Onların 3 nəfəri 6 aydan çox müddət ərzində üzvlük haqqını ödəmədiyi üçün bu qərar qəbul edilib. Bir nəfər isə kobud qayda pozuntularına yol verdiyi üçün həmin şəxs barəsində müvafiq qərar verilib. Son sözü isə məhkəmə deyəcək”.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …