Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu – Fotolar

Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu – Fotolar

Azərbaycanlə rəqqaslar Eldar Cəfərov və Anna Sajina Avstriyada peşəkarlar arasında keçirilən “WDC World Championship Professional Ballroom Showdance 2019” şou üslublu bal rəqsləri üzrə dünya çempionatının qalibi olublar. “Qafqazinfo” bildirir ki, bu barədə E. Cəfərov sosial şəbəkə hesabında məlumat verib.

Duet dünyaca məşhur xoreoqraf Tələt Tarsinovun quruluş verdiyi “Artist” adlı inanılmaz nömrə ilə münsiflər heyəti və tamaşaçıları heyran edib.

“WDC World Championship Professional Ballroom Showdance 2019” çempionatında dünyanın ən yaxşı rəqqası adı uğrunda Avstriya, Almaniya, Böyük Britaniya, Yaponiya, Rusiya, Ukrayna, ABŞ və bir sıra digər ökələrdən olan peşəkar cütlüklər mübarizə aparırdı. Nəticədə çempionatın gümüş medalı avstriyalı duetə, bürünc medalı isə Rusiyadan olan cütlüyə çatıb.  

Qeyd edək ki, Eldar Cəfərov və Anna Sajina bundan öncə peşəkarlar arasında on rəqs üzrə Dünya çempionu və Avropa çempionu tituluna layiq görülüb, dünyanın müxtəlif ölkələrində bir sıra digər rəqs turnirlərinin qalibləri, həmçinin “Avroviziya”nın rəqs müsabiqəsinin iştirakçısı olublar. Eldar Cəfərov və Anna Sajina həmçinin Azərbaycanda Peşəkar Rəqs Birliyinin yaradıcılarıdır.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …