Cümə axşamı , Oktyabr 28 2021
Ana səhifə / Aktual / Azərbaycanlı BP-nin Avstraliya üzrə vitse-prezidenti oldu

Azərbaycanlı BP-nin Avstraliya üzrə vitse-prezidenti oldu

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov bu il mayın 1-dən BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunur.

Virtualaz.org bildirir ki, bu barədə Şirkət özü məlumat yayıb.

Məlumatda deyilir ki, bu yeni vəzifədə E. İsmayılov BP-nin Avstraliyadakı bütün Apstrim (kəşfiyyat və hasilat) biznesinə rəhbərlik edəcək və BP-nin Sakit Okean regionu üzrə rəhbər qrupunun üzvü olacaq.

Qeyd edək ki, E. İsmayılov neft və qaz sənayesində 19 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində o BP-nin Bakı, Aberdin və London ofislərində  müxtəlif vəzifələrdə çalışıb, bir sıra layihə və  birgə müəssisələrlə bağlı işlərə və biznes danışıqlarına başçılıq edib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) E. İsmayılovun BP-nin regiondakı biznesinin uğuruna böyük töhfələr verib: “Bir peşəkar azərbaycanlı kadrın belə yüksək beynəlxalq vəzifəyə təyin olunması çox sevindirici haldır. Emilə BP-dəki davamlı karyerasında yeni uğurlar diləyirik”.

Həmçinin oxuyun

İSBAM Türkiyədə vətən müharibəsi şəhidlərinin rəsm sərgisini keçirib

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Türkiyədə səfərdədir. Türkiyənin Sunqurlu şəhərində Atatürk meydanında …