Ana səhifə / Azərbaycanlı atlet tarixi ilkə imza atdı – Uğurlar və rekordlar

Azərbaycanlı atlet tarixi ilkə imza atdı – Uğurlar və rekordlar

Türkiyəni təmsil edən həmyerlimiz Ramil Quliyev İngiltərədə keçirilən atletika üzrə dünya çempionatında final mərhələsində birinci yeri tutmaqla  tarixi ilkə imza atıb.
O, dünya çempionatları tarixində   kişilərin 200 metr məsafəyə qaçış yarışında qızıl medal qazanan ilk türk olub.
200 metr məsafəni 20,9 saniyəyə qət etməklə Trinidad və Tabaqo, eləcə də CAR-dan olan iki əsas rəqibini qabaqlayan Ramil əfsanəvi Usain Boltun 5 illik hegemonluğuna da son qoyub.
Qalibiyyətini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd etməsi əlavə sevinc gətirən faktordu.
-200 metr məsafəyə qaçışda Avropada gənclər, 60 metrdə isə bütün idmançılar arasında dünya rekordçusudur;
-2009-cu ildə Beynəlxalq Atletika Federasiyasının ilin ulduzu adını qazanıb;
-2015-ci ildə Atletika üzrə keçirilən dünya çempionatında 200 metr qaçışla yeni rekord müəyyənləşdirib. Bir neçə adydan sonra Zaqrebdə öz rekordunu elə özü yeniləyib;
-2016-cı il Avropa çempionatında Türkiyəni təmsil edən Ramil gümüş medal qazanıb;
-100 metr məsafəni 9,97 saniyəyə qaçaraq dünya tarixində bu məsafəni 10 saniyədən az müddətə qaçan üçüncü ağdərili kimi tarixə düşüb;
Qeyd edək ki, Ramil Quliyev 1990-cı ildə Bakıda anadan olub. Azərbaycanı bir çox yarışlarda, eləcə də 2008-ci ilin Pekin Yay Olimpiya Oyunlarında təmsil edib. 2011-ci ildən etibarən, Türkiyə vətəndaşlığını qəbul edərək, yarışlarda qardaş ölkənin bayrağı altında çıxış edir. (Moderator.az)

Həmçinin oxuyun

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Görünəni odur ki…

Sabiq Mədəniyət naziri Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra mədəniyyət idarələrində və bir sıra rayonlarda …

Bir cavab yazın