Cümə , Sentyabr 18 2020
Ana səhifə / Aktual / Azərbaycanlı Arzu erməni Armenə ərə getdi

Azərbaycanlı Arzu erməni Armenə ərə getdi

Gürcüstanda Arzu adlı azərbaycanlı qız Armen adlı erməniyə ərə gedib.

Virtualaz.org xəbər verir ki, bu haqda gürcü yazıçı Mariam Sarajişvili öz hekayəsində bəhs edib. O, Gürcüstanda yaşayan azərbaycanlı Arzu ilə erməni Armenin real həyatda baş vermiş sevgi hekayəsini qələmə alıb.

Məlumata görə, valideynləri işlə bağlı kənarda olduğu üçün Arzu və bacılarını  nənə və babası böyüdüb.

Arzu ilə Armen sinif yoldaşı olublar. Onların sevgisindən xəbər tutan nənə və baba sevgililərə görüşməyi qadağan edib. Lakin buna baxmayaraq Arzu və Armen gizli görüşüb. Onların gizli görüşü 10 il davam edib.

Armen Arzunun ailəsinin onunla görüşməyi qadağan etdiyinə görə azərbaycanlı sevgilisinə ayrılmağı təklif edib. Lakin Arzu bunu qəbul etməyib. Daha sonra Armen Arzunu qaçırdır və anası azərbaycanlı qızı gəlin kimi qəbul etməyə razılaşır. Lakin  Arzu erməniyə ərə getdiyi üçün ailəsi ondan üz çevirir.

Hekayədə bəhs olunur ki, azərbaycanlı qızla erməni oğlanın evliliyindən bir oğul dünyaya gəlib. Arzu oğluna anasının atası (babası- red.) Rəşidin adını qoyur. Həyat yoldaşı Armen isə Arzunun istəyinə qarşı çıxmır…

Həmçinin oxuyun

Azərbaycan hakimiyyətində FETO varmı?

Bu ilin iyul ayında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə mediasına açıqlamasında bildirmişdi ki, Azərbaycan …