Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Azərbaycanlı  alimin saytı dünyada rekord vurur

Azərbaycanlı  alimin saytı dünyada rekord vurur

Tanınmış şirkətin hesablamaları ortaya inanılmaz nəticələr çıxardı

Dünya informasiya məkanında saytların araşdırılması ilə məşğul olan tanınmış “StatMyWeb” (http://www.statmyweb.com/) şirkəti çoxillik araşdırmalarının nəticələrini dərc edib.

Şirkətin maraq dairəsinə, populyarlığına görə, Azərbaycanın görkəmli alimlərindən biri professor Çapay Sultanovun www.sultanov.azeriland.com saytı da düşüb. Sözügedən saytda Çapay Sultanovun müxtəlif kitablarının elektron variantları yerləşdirilib.

Kitablarda dünyanın neft və qazla bağlı əsas problemləri, faşizm üzərində qələbədə Azərbaycan neftinin önəmi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan xalqının 20 Yanvar hadisələri zamanı mərdliyi, Xocalıda azərbaycanlılara qarşı soyqırım, Qorbaçovun dağıdıcı və antiAzərbaycan fəaliyyəti, Mixail Qorbaçovla Heydər Əliyevin qarşıdurması, Azərbaycanın enerji sahəsində son 15 ildəki fəaliyyəti, şahmatla siyasətin əlaqələri və s. nəzərdən keçirilir.

“StatMyWeb” şirkətinin www.sultanov.azeriland.com saytı ilə bağlı araşdırmasının nəticələri isə sözün həqiqi mənasında heyrət doğurur.

Belə ki, çoxmilyardlı sayt məkanında www.sultanov.azeriland.com saytı 6.894.603 istifadəçi səviyyəsindədir. Araşdırmanın müəllifləri yazırlar ki, saytın bu cür yüksək göstəricisi olması onun populyarlığı ilə izah edilir.

Əlavə olunur ki, bu saytla müvafiq iş aparılacağı təqdirdə o öz göstəricilərini daha da artıra bilər. On beş illik fəaliyyəti nəticəsində sayta gün ərzində 16.760 giriş olduğu müəyyənləşib. Bu isə bir ay ərzində 528.000, bir il ərzində isə 6.336.000 giriş deməkdir. On beş illik fəaliyyəti nəticəsində adıçəkilən sayta 94.040.000 dəfə baxış olub. Heç şübhəsiz, bu göstərici bir alimin yaradıcılığını əhatə edən sayt üçün fenomenal nəticədir.

www.sultanov.azeriland.com saytının yayılma tezliyini isə mütəxəssislər bu cür dəyərləndirirlər: “Hər on dəqiqədən bir minlərlə insan Tokioda yerləşən Sibuya küçəsini keçirlər. Bu küçə dünyada ən çox istifadə olunan yolayrıcıdır. Əgər siz www.sultanov.azeriland.com saytının gündəlik izləyicilərinin sayını təsəvvür etmək istəyirsinizsə, məhz adıçəkilən küçədə axşam vaxtı – ”pik saatı”nda dayanın. Bu göstəricinin 15 min nəfərə çatması realdır. Bu, sözügedən sayta gündəlik daxil olmalar barədə vizual təsəvvür yarada bilər”.

Araşdırmanın müəllifləri eyni zamanda www.sultanov.azeriland.com saytına daxil olmaların intensivliyinin “demoqrafik modelini” də təqdim ediblər. Məlum olub ki, internetə daxil olan hər 125 000 nəfərdən biri www.sultanov.azeriland.com saytının izləyicisidir.

Eyni zamanda saytın gəlirliyi ilə də bağlı araşdırma aparılıb.

Araşdırmanın müəllifləri qeyd ediblər ki, saytın strukturu və mahiyyəti gəlir əldə etməyə istiqamətlənməyib. Saytda yerləşdirilən reklamın hər bir günü 0.45 dollar qiymətləndirilir. Amma sayt üzərində müəyyən menecer fəaliyyəti həyata keçirilərsə, o zaman hazırkı göstəricilərlə saytın bir günlük gəliri 147 dollar təşkil edə bilər.(azadliq.info)

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın