Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Aktual / “Azərbaycanla münasibətlərimizə qətran qoxusu qatmayın” – Tatyana Poloskova ermənilərə səsləndi

“Azərbaycanla münasibətlərimizə qətran qoxusu qatmayın” – Tatyana Poloskova ermənilərə səsləndi

“Ermənistanda anlamırlar ki, Türkiyə və Azərbaycan Rusiyaya dost ölkələrdir. Qeyd edim ki, KİV-lərdə Putinlə Əliyevin son danışıqlarından olan fraqmentlərdən belə aydin olur ki, görüş dostluq və etibarlılıq şəraitində keçib. Gördüklərimiz bir daha sübut etdi ki, “günəşdə ləkə axtarmaq” tam yersizdir”.

Moderator.az xəbər verir ki, bunu Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, fəlsəfə elmləri namizədi və siyasi elmlər doktoru Tatyana Poloskova Rusiya və Azərbaycan prezidentlərinin son görüşündən sonra əndişələnən ermənilərə cavab olaraq bildirib.

“Qeyd edim ki, Ermənistanın ölkədən kənarda fəaliyyət göstərən siyasi dairələri Azərbaycan və Türkiyə maraqlarını müdafiə etdikləri üçün Rusiya siyasətçi və ekspertlərindən şikayət edərək xəbərçilik səviyyəsinə qədər enmişlər. Heç bir əsası olmayan böhtan və iftiralar yazmaq ayıbdır. Və Rusiya XİN Ermənistanın əlində dəyənək deyil.

Türkiyə və Azərbaycan Rusiyaya dost ölkələrdir və onların arasına nifaq salanlar həmin “şikayət arabalarını yükləyənlərdir”. Ermənistan suveren dövlətdir? Əgər belədirsə, onda problemlərinizi özünüz həll etməyə çalışın və Azərbaycanla bizim münasibətlərimizə qətran qoxusu qatmayın” – deyə rus politoloq fikrini tamamlayıb.

Həmçinin oxuyun

Allahşükür Paşazadə niyə susur?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşülür Paşazadə bildirmişdi ki, Xamneyinin fətvası Qarabağın azad olunmasının əsas carçısı …