Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Aktual / Azərbaycanın Türkiyədə eniş edən helikopteri ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın Türkiyədə eniş edən helikopteri ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkiyənin Giresun şəhərində məcburi eniş edən Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterində yaranmış problem aradan qaldırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, hərbi helikopterdə baş verən nasazlıq aradan qaldırılıb və Azərbaycan hərbçiləri helikopterin eniş etdiyi bölgəni tərk ediblər.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 20-də Türkiyə ərazisində keçiriləcək “Anatolian Phoenix-2021” beynəlxalq təlimində iştirak etmək üçün Konya şəhərinə uçuş edən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterdə baş verən cüzi nasazlıq səbəbindən Giresun şəhərində məcburi eniş edib. Helikopterin ekipajı arasında xəsarət alan olmayıb.

Həmçinin oxuyun

Azərbaycanda karantin rejimi yenə yumşaldılır

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə …