Çərşənbə axşamı , Aprel 23 2019
Ana səhifə / Aktual / Azərbaycanın “SİPARK” ZÜLMƏTİ… – İTTİHAM

Azərbaycanın “SİPARK” ZÜLMƏTİ… – İTTİHAM

“Şərurlu İsfəndiyar”la bərabər son vaxtlar gündəmdən düşməyən daha bir tikinti maqnatı “Sipark” tikinti şirkətinin rəhbəri Seymur İsayevdir. 2019-cu il başlayandan onun adı ən müxtəlif qalmaqallarda hallanmağa başladı.

“Yeni Sabah” xatırladır ki, S. İsayevin adı ilk olaraq müğənni Damla ilə sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin gündəmi oldu. Bu xəbərin səs-küyü tam sakitləşməmiş şirkət başqa bir mövzu ilə özünü “gündəmdə saxlamağı bacardı”.

Məlum olub ki, “Sipark” şirkəti ilə “Baku Art Lab” şirkəti arasında reklam anlaşması olub. Bu anlaşmaya əsasən “Sipark” şirkətinin Azad Azərbaycan Televiziyasında reklamı getməli idi. İlkin razılaşma olur və reklam 9 həftə davam edir. Bu barədə məlumatı “Baku Art Lab” şirkətinin rəhbəri də təsdiq edib.

Onun sözlərinə görə, razılaşma olunduqdan sonra müqaviləni imzalanması üçün müraciət olunub:”Biz müqavilə üçün müraciət etdik, dəfələrlə “Sipark” şirkətinin əməkdaşları heç bir problemin olmadığını, sadəcə zaman baxımından rəhbərliyin başı qarışıq olduğunu deyirdilər. Reklamın keyfiyyəti, təsiri, təsviri və digərə texniki elementləri ilə bağlı isə heç nə demirdilər. Sadəcə, mütəmadi olaraq hər şey yaxşıdır, əməkdaşlığa davam edirik, müqaviləni də rəhbərliyin başı açılan kimi həll edəcəyik deyirdilər.

Proses bu formada 9 həftə davam etdi. Ondan sonra mən 14000 azn və 1750 azn, bütövlükdə 15750 manat vəsait ödənilməli olduğunu dedim. Bu zaman oranın əməkdaşları müqavilə yoxdur, reklam xoşumuza gəlmədi dedilər. Biz birinci dəfə idi ki, bu formada biabırçılıqla rastlaşırdıq”.

Beləliklə şirkət prodakşının pulunu ödəməkdən imtina edib.

Bu haqda “Sipark” da açıqlama yayıb. Onlar “Baku Art lab” adlı prodakşının iddialarının əsassız olduğunu bildiriblər. “”Baku Art Lab” adlı prodakşının qaldırdığı əsassız ittihamlara gəlincə, adıçəkilən şirkət “Sevgi naminə” adlı serialın çəkilişləri üçün əməkdaşlıqla bağlı “Sipark”a müraciət edib. “Baku Art Lab” nümayəndəsinə “Sipark” nümayəndəsi tərəfindən bildirilib ki, əməkdaşlıq yalnız reytinq üzərində qurula bilər. Belə ki, serial efirlərdə reytinq qazanarsa, rəsmi əməkdaşlıq müqaviləsi bağlaya bilərik. Bununla belə serialın çəkilişləri üçün şirkət məkan və avtomobil dəstəyini “Baku Art Lab”dan əsirgəməyib. Təəssüflər olsun ki, sözügedən serial elə ilk həftədən uğursuz nəticə göstərdiyinə görə əməkdaşlıq şirkət tərəfindən rəsmiləşməyib. Yəni, “Baku Art Lab” və “Sipark İnşaat” arasında reklam əməkdaşlığını təsdiq edəcək heç bir rəsmi müqavilə yoxdur”. (red.: Açıqlamada reklam vermələri de-fakto etiraf edilir və reytinq məsələsi nədənsə 9 həftə sonra üzə çıxır)

Və gözlənilən son. Şirkətin telekanalda aparılan 9 həftəlik reklamı üçün bir qəpik ödənilmir…

S. İsayevin daha bir qalmaqalı isə AMEA-nın əməkdaşlarının ev problemində hallanmışdı. O zaman şirkətinin adı “Evrostroy-S” idi. Sonradan mənfi imici yarandığı üçün şirkətin adını dəyişdirərək “Sipark İnşaat” etdi.

Bütün bunları ona görə xatırladırıq ki, təəssüf ki, bu gün Azərbaycanda sadə vətəndaşlar üçün problem təkcə məmurlar deyil, həm də bu məmurlara arxalanaraq qanunlara məhəl qoymayan iş adamlarıdır. Tikinti sahəsində isə narazılıq dözülməz həddədir.Məhz bunun nəticəsidir ki, bir neçə ay əvvəl Prezident Administrasiyasına edilən şikayətlərin statistikası açıqlanmışdı. Bu statistikada tikinti şirkətləri ön yerlərdən birini tuturdu. Problemləri isə məhkəmə yolu ilə ədalətli həlli mümkün deyil. Buna “Şərurlu İsfəndiyar”la bağlı qalmaqalda şahid olduq…
YeniSabah.az
P.S. Bu yazıdakılar bir illik dosyenin cuzi hissəsidir. İkinci hissə növbəti yazımızda

Həmçinin oxuyun

Poroşenkonun uduzmasına ABŞ-dan inanılmaz seyrçiliyin sirri – Zelenski Qüdsü İsrailin paytaxtı kimi tanıyacağına söz verib(?)

Avropanın ən böyük ölkəsi sayılan Ukrayna yeni dövrə qədəm qoyub. Baş tutan prezident seçkilərində qərbpərəst …