Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Azərbaycanın iki diplomatı arasında qalmaqal böyüyür: Mətbuat konfransı/FOTO+VİDEO

Azərbaycanın iki diplomatı arasında qalmaqal böyüyür: Mətbuat konfransı/FOTO+VİDEO

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə keçmiş səfir Tələt Əliyev arasında olan gərginlik və fəaliyyətdə olan səfirin 10 il əvvəl səfirliyin binasında aparılmış təmir işlərində guya yeyinti hallarına yol verilməsi haqqında Ukrayna prokurorluğuna şikayət ünvanlandığını Moderator.az bir neçə gün öncə oxucuların nəzərinə çatdırıb. Qeyd edək ki, məsələ Milli Məclisin bu günkü iclasında da müzakirə edilib və xüsusi narahatlıq bildirilib.
Təəssüf ki, dövlətin imicinə xələl gətirən proses Kiyevdə hələ də davam edir. Bu gün – 30 oktyabrda Kiyev vaxtilə saat 13-də “ Ukrainskie novosti” agentliyinin mətbuat mərkəzində “Azərbaycanın keçmiş səfirinin cinayətdə ittiham olunması: iş sifariş xarakteri daşıyır və bağlanacaq” mövzusunda mətbuat konfransı keçirilib. Adıçəkilən “Ukrainskie novosti” saytı da həmin konfrans haqqında informasiya yayıb və mətbuat konfransının videosunu yerləşdirib.
Videodan görünür ki, konfransı səfirin bir müddət öncə deportasiyasını tələb etdiyi “Ukraynanın Qafqaz Xalqları Konqresi” ictimai birliyinin rəhbəri, Azərbaycanın Dubaydakı keçmiş baş konsulu Paşa Məmmədov aparır və keçmiş səfir Tələt Əliyev də başına gətirilənlərdən bəhs edir…
Moderator.az həmin videonu nəzərinizə çatdırır. Keçmiş səfirin evində axtarış aparılması haqqında Ukrayna hüquq-mühafizə orqanlarının tərtib etdiyi sənədləri də materiala əlavə edirik.
Güman edirik ki, ölkə adına xoş olmayan bu hadisələrin günahkarları haqqında Azərbaycan XİN uyğun tədbirlər görəcək.
Ukraynadakı mənbələrimiz Moderator.az-a göndərdikləri materialı da təqdim edirik:

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …