Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / “Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır” – Yenilənib

“Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır” – Yenilənib

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. 

“ Azinforum.az ” xəbər verir ki, iclasda çıxış edən spiker Sahibə Qafarova əvvəlcə Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə deputatları təbrik edib.

O bildirib ki, dekabrın 1-nə Laçın rayonu da  dinc yolla qaytarılacaq: “Bununla da ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Eşq olsun Ali Baş Komandana, Yaşasın Müzəffər Azərbaycan Ordusu”.

Spiker daha sonra Fransa senatında qəbul edilən qətnaməyə münasibət bildirib. O qeyd edib ki, ötən gün Senatda çirkin siyasi aksiya təşkil edilib və təxribat xarakterli qətnamə qəbul edilib: “Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa çalışılıb. Bununla bağlı Milli Məclis ciddi bir bəyanat qəbul etməlidir”.

Ardınca qətnaməylə bağlı müzakirələrə başlanılıb.

Deputat Azay Quliyev bildirib ki, qətnamə siyasi korrupsiyanın bariz nümunəsi hesab edilməlidir: “Dünyada indiyə kimi belə bir absurd qətnamə qəbul olunmayıb. Qətnamə işğaldan azad edilən torpaqların yenidən işğalçıya qaytarılmasını tələb edir. Həmçinin Türkiyəyə qarşı da əsassız iddialarla çıxış edir. Qətnamə ləğv olunana kimi biz Fransanın ATƏT-in həmsədri kimi qalmasından imtina etməliyik. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Fransayla diplomatik əlaqələrə yenidən baxılmalıdır.  Həmçinin parlamentin Fransa ilə İşçi Qrupunun fəaliyyəti dayandırılmalıdır”.

***

Spiker bəyanatı hazırlamaq üçün deputatlardan ibarət komissiya yaradılmasını təklif edib.

***

Deputat Nigar Arpadarai bildirib ki, qətnamə sadəcə tövsiyə xarakteri daşıyır və bizim üçün əhəmiyyət kəsb etmir: “Təəssüfedici məqam odur ki, 306 senatordan 305-i qətnamənin lehinə səs verib. Qətnamə isə sadəcə absurddur”.

***

Deputat Kamal Cəfərov qeyd edib ki, qətnamənin Fransanın özündə də hüquqi qüvvəsi yoxdur: “Bu qətnamə seçkiqabağı siyasi qüvvələr arasında böhranın radikal nümənisidir.  Onu Fransa siyasəti və parlamentarizmi üçün utancverici sənəd  kimi qiymətləndiririk”.

***

Deputat Erkin Qədirli bildirib ki, bu qətnamə bir neçə səbəbdən təəssüf hissi doğurur: “Fransa bir neçə beynəlxalq qurumun aparıcı üzvüdür. Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlərə səs verib. Senatorlar heç bir hüquqi qüvvəyə sığmayan sənədə səs verirsə, bu, ancaq qərəzdən xəbər verir”.

***

Vitse-spiker Fəzail İbrahimli qeyd edib ki, Azərbaycanla kağızla danışmaq olmaz: “Azərbaycanla haqq-ədalət diliylə danışmaq lazımdır, bir az da irəli getsək yalvarış diliylə. Nə qədər qərəzli olsalar da, bu, bizim əhvalımıza təsir göstərməyəcək”.

***

Deputat Aqil Abbas  da məsələ ilə bağlını fikrini bildirib: “O vaxt Şamil Qurbanov deyirdi ki, “Jak Şirak qudurub”  və onu özümüzünkülər hədəfə aldı. İndi mən demək istəmirəm ki, Makron qudurub. Çünki hədəf olmaq istəmirəm. Hələ Ağdama, Şuşaya getmək istəyirəm. Fransada Liviyada, Suriyada məğlub olduğunu unuda bilmir. Ona görə belə qərəzli qətnamələr qəbul edilir. O torpaqlar nə qədər şəhid qanı hesabına işğaldan azad olunub. Kim onu geri qaytara bilər?!”.

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …