Cümə , Aprel 19 2024
Ana səhifə / Azərbaycanın dünya çempionu böyük idmana qayıdır

Azərbaycanın dünya çempionu böyük idmana qayıdır

Ağır atletika üzrə Azərbaycan yığmasının üzvü, dünya və Avropa çempionu Boyanka Kostova gələn ildən böyük idmana qayıda bilər. Bu barədə Bolqarıstan mətbuatına idmançının özü məlumat verib.

Xatırladaq ki, 2012-ci ildə Londonda keçirilən olimpiada zamanı idmançıdan götürülən dopinq testi müsbət çıxdığından Beynəlxalq Olimpiya Komitəsi onu oyunlardan kənarlaşdırdı. Dünya çempionunun qanında qadağan olunmuş maddələr – turinabol və stanozolol aşkarlanmışdı. O zaman Londonda Azərbaycanı təmsil edərək 58 kq çəki dərəcəsində 5-ci yerə çıxan çempionun nəticəsi ləğv edilsə də, başqa rəsmi cəza almadı.

Kostova Azərbaycanı təmsil edərək 3 dəfə Avropa çempionu olub. Amma onun ən uğurlu nəticəsi Hyustonda, 2015-ci ildə olub. Burada qızıl medal qazanan idmançı həm də dünya rekordunu (112 kq, təkanla qaldırmada 252 kq) təzələyib.

“Bilmirəm məni Londonda niyə cəzalandırdılar. Mənim adım heç bir siyahıda olmayıb. Mən Rio olimpiadasını və bütün 2017-ci ili buraxmalı oldum. Amma Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti (Cahangir Hacıyev – virtualaz.org) mənə dedi ki, gələn ildə keçiriləcək Avropa Çempionatına hazırlaşım. Ona görə də mən indi Asenovqradda həftənin beş günü məşq edirəm və çox yaxşı formadayam”, – deyə 24 yaşlı bolqar idmançı bildirib.

İdmançı Bakıya turnirlərdən öncə gəlir və şəxsi evi olmasına baxmayaraq oteldə yaşayır: “Mən Azərbaycana Avropa və dünya çempionatlarına hazırlıqlar dövründə gəlirəm və məşq edirəm. Sonra isə Bolqarıstana qayıdıram. Bakıda mənim öz evim var. Onu mənə Hyustonda qazandığım qələbə münasibətilə hədiyyə ediblər. Amma oteldə qalıram, çünki ev hələ təmir olunmayıb. Mən komandaya yaxın olmaq, başqa hər şeydən uzaq olmaq istəyirəm”, -deyə idmançı müsahibəsində qeyd edib.

İdmançı həmçinin Azərbaycan Ağır Atletika Federasiyasının keçmiş üzvü, hazırda Londonda mühafizəçi işləyən İvan Stoytsovla ailə qurmağa hazırlaşdıqlarını, lakin toyun tarixinin hələ bəlli olmadığını bildirib.Virtualaz.org

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın