Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Azərbaycanın ağır atletika yığmamızın sabiq üzvü Bolqarıstanda vəfat edib

Azərbaycanın ağır atletika yığmamızın sabiq üzvü Bolqarıstanda vəfat edib

Bu gün Azərbaycan ağır atletika milli komandasının sabiq üzvü Veliçko Çolakov gözlənilmədən dünyasını dəyişib.

APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, tanınmış atlet, Olimpiya Oyunlarının bürünc medalçısı səhər saatlarında dünyasını dəyişib.

Bolqarıstan mətbuatının yazdığına əsasən idmançı ürəyində yaranan problem səbəbindən ölüb. Son illərdə ürəyindən əziyyət çəkən 35 yaşlı Çolakovun bu gün səhhəti pisləşdikdən sonra təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Milliləşdirilmiş legionerimizin vətəni Bolqarıstanda, Smolyan şəhərində dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Bolqarıstan yığmasının heyətində Afina-2004-ün bürünc mükafatçısı olmuş ağır çəkili idmançı həmin il Avropa çempionu adını da qazanıb. O, 2003-cü ildə dünya çempionatının gümüş medalına yiyələnib. Pekin-2008-də dopinq səbəbindən 4 illik cəzalanan ağırlıqqaldıran 2010-cu ildə Azərbaycan vətəndaşlığını qəbul edib. Yığmamızın heyətində yalnız London Olimpiadasına yollanan 105 kq çəkili atlet burada da zədələndiyindən podiuma çaxa bilməyib. O, sonra yenidən Azərbaycana dönmək istəsə də, həmyerlisi olan baş məşqçi Zlatan Vanev Çolakovun dövrünün keçdiyini əsas gətirib, buna mane olub.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …

Bir cavab yazın