Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Azərbaycanın ən yaşlı icra başçısı istefa verib? – İcra Hakimiyyətindən AÇIQLAMA

Azərbaycanın ən yaşlı icra başçısı istefa verib? – İcra Hakimiyyətindən AÇIQLAMA

Prezident İlham Əliyev pensiya yaşı ötmüş məmurları istefa mədəniyyəti göstərməyə çağırdıqdan sonra, ölkə gündəmində yaş tendensiyası aktual məsələyə çevrilib

Sosial şəbəkələrdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin istefa ərizəsi yazaraq, vəsifəsindən getdiyi barədə xəbər yayılıb.
Hətta rayonda Şəmsəddin Xanbabayevin yola salınması ilə bağlı təmtəraqlı mərasimin keçirildiyi də qeyd edilib və o tədbirdən fotoşəkil də paylaşılıb.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Xaçmaz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun baş məsləhətçisi Yaqut Məsimova Modern.az-a bildirib ki, icra başçısı hazırda öz işini icra edir.

“Dünəndən bu cür yalnış bir informasiya yayılıb. Hər kəsə bildirmək istəyirik ki, Şəmsəddin müəllim öz işinin başındadır. Heç bir yerə getməyib. Əgər işindən azad olunacaqsa, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində bu barədə hərkəsə məlumat veriləcək ”.

Qeyd edək ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin 80 yaşı var.

O. 1939-cu il aprelin1-də Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirib. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.
Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlayıb. Daha sonra müxtəlif vəzifələrdə çalışıb.
1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində işləyib.

23 oktyabr 2004-cü il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Artıq 15 ildir Xaçmaza rəhbərlik edir…

Həmçinin oxuyun

BDU-dan qalmaqalla qovulan tələbə barədə verilən əmr ləğv ediləcək? – Açıqlama

“Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani …