Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Azərbaycandan gedən yük maşınları Rusiyaya buraxılmadı – VİDEO

Azərbaycandan gedən yük maşınları Rusiyaya buraxılmadı – VİDEO

Azərbaycandan Rusiyaya gedən yük maşınları dörd gündür ki, bu ölkənin gömrük xidməti tərəfindən Dağıstan ərazisində saxlanılıb.
Bu barədə “Qafqazinfo”ya sürücülər məlumat veriblər.
Onlar bildirirlər ki, maşınlar Dağıstan ərazisindəki Cənub Gömrük Terminalından buraxılmır. Təxminən 150-ə yaxın yük maşını içi dolu yüklə gömrükdə qalıb.
Sürücülər deyirlər ki, onlar Azərbaycandan alma, xiyar-pomidor, göyərti və digər kənd təsərrüfatı məhsullarını Rusiya bazarlarına aparırlar. Ancaq gömrük rəsmiləşdirilməsi aparılmır və heç bir səbəb göstərilmir.
“Artıq bəzi sürücülərin yanacaqları da tükənmək üzrədir. Yük maşınlarında olan məhsul xarab olmasın deyə soyuduculardan istifadə olunur və buna görə də yük maşınları gecə-gündüz işlək vəziyyətindədir. Bizə bununla bağlı heç bir açıqlama vermirlər, nə gedə bilirik, nə də ki geriyə qayıda bilirik”.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …