Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Azərbaycandakı erməniləri pulsuz müalicə edən FRANSALI HƏKİM MÜKAFATLANDIRILDI

Azərbaycandakı erməniləri pulsuz müalicə edən FRANSALI HƏKİM MÜKAFATLANDIRILDI

Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edərək ermənilərin pulsuz müayinəsi, müalicəsi və əməliyyatı ilə  məşğul olan əcnəbi həkimlərdən biri Xankəndindəki separatçı rejim rəhbəri tərəfindən mükafata layiq görülüb.
Moderator.az xəbər verir ki,  Fransa Erməni Həkimləri İttifaqının üzvü, “Hay-med” tibbi  humanitar təşkilatının sədri  anestezioloq-reanimotoloq Jan Mişel Ekeryanın separatçı rejim qarşısındakı xidmətlərinə görə mükafatlandırılması barədə “fərman”ı oyuncaq lider Bako Saakyan imzalayıb.
Qeyd edək ki, Fransa vətəndaşı olan J.M. Erekyan eyni zamanda xeyriyyəçi kimi Azərbaycan torpaqlarını zəbt etmiş ayrl-ayrı ermənilərə və müxtəlif müəssisələrə maliyyə yardımları da edir.
Məsələn, o, 2015-ci ildə fransalı erməni bir dərzinin vəsiyyəti əsasında Şuşada açılmış müasir standartara uyğun peşə məktəbinə mütəmadi yardım göstərir.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT