Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Azərbaycanda uşaq ensiklopediyasında BİABIRÇI SƏHV – Dünyada 7 materik var imiş… (FOTO)

Azərbaycanda uşaq ensiklopediyasında BİABIRÇI SƏHV – Dünyada 7 materik var imiş… (FOTO)

Azərbaycanda uşaqlar üçün çap edilən ensiklopediyada materiklərin sayı 6 deyil, 7 göstərilib.
Azinforum.az – ın Trend-ə istinadən məlumatına görə, hazırda da kitab dükanlarında satılan, 400 səhifəlik “Bunları bilmək istəyirəm!” adlı illüstrasiyalı intellektual ensiklopediya 2013-cü ildə “Turan Evi” nəşriyyatı tərəfindən hazırlanıb. Ensiklopediyanın arxa üzündə isə “Şərq-qərb” nəşriyyatının adı qeyd edilib.
Adıçəkilən ensiklopediyada materiklər haqqında belə məlumat verilib: ”Materik böyük quru sahədir. Bizim planetdə cəmi yeddi materik və ya kontinent var: Afrika, Antarktida, Avropa, Asiya, Avstraliya, Cənubi Amerika, Şimali Amerika”.
“Şərq-qərb” nəşriyyatından bildirilib ki, onlar bu kitabda yazılan məlumatlara görə məsuliyyət daşımırlar. Çünki onlar yalnız “Turan evi” tərəfindən hazırlanmış vəsaiti nəşriyyatın mətbəəsində nəşr ediblər.
Məsələ ilə bağlı “Turan evi” nəşriyyatı ilə əlaqə saxlamaq cəhdləri uğursuz olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstututunun direktor müavini Məhərrəm Həsənov isə bildirib ki, kitabda materiklərlə bağlı verilən məlumat səhvdir və bu məlumatlar uşaqları caşdırır:
“Planetdə 7 deyil, 6 materik var və son illər ərzində də dünya elmi tərəfindən yeni materik kəşf edilməyib. Kitabda materik və qitələr bir-biri ilə qarışdırılıb. Hazırda planetdə Afrika, Antarktida, Avstraliya, Cənubi Amerika, Şimali Amerika və Avrasiya materikləri var. Ensiklopediyada materik kimi qeyd edilən Avropa və Asiya isə qitədir. Ümumilikdə Avropa, Asiya, Amerika, Avstraliya, Afrika və Antarktida planetdəki qitələrin adlarıdır. Yaxşı olardı ki, nəşriyyatlar coğrafi məlumatların səhv getməməsi üçün bizimlə məsləhətləşsinlər. Biz onlara yardım etməyə hazırıq. Bu əməkdaşlıq həm də onların xeyrinə olar, çünki belə olduqda onların da vəsaitlərində səhv məlumatlar getməz”.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …