Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Azərbaycanda universitet rektoru növbəti dəfə ali məktəbin möhrünü götürüb yoxa çıxdı

Azərbaycanda universitet rektoru növbəti dəfə ali məktəbin möhrünü götürüb yoxa çıxdı

Lənkəran Dövlət Unversitetinin  rektoru  Asəf  İsgəndərov  rəhbərlik etdiyi ali məktəbin möhrünü götürərək, növbəti dəfə yoxa çıxıb.  

Bu haqda Avropa.info-ya Unversitetin müəllimləri məlumat verib. Müəllimlər  bildiriblər ki, rektor  Universitetin  möhrünü də özü ilə apardığı üçün, mart ayının əmək haqqını və Novruz  münasibəti ilə dövlət  tərəfindən ayrılmış  mükafatı  ala bilmirlər.

“Rektor  sənədlərə imza atmalıdır ki, əmək haqqımız  bankomatlara yüklənsin. Onusuz heç kimin səlahiyyəti yoxdur ki, sənədlərə imza atsın, həm də  möhürü də özü ilə apardığından bu mümkün olmur. Biz çətin durumdayıq. Onsuz da əmək haqlarımız 150 manat civarındadır. Onu da kreditə veririk.”

Qeyd edək ki, rektor Asəf  İsgəndərovun Universitetin möhrünü götürərək yoxa çıxması ilk hadisə deyil. Bundan əvvəl də, Lənkəran Dövlət Universitetinin müəllim kollektivi Avropa.info-ya müraciət edərək, rektorun ötən ilin dekabr ayından xaricə getdiyini və geri qayıtmadığından iki ay maaş ala bilmədiklərini demişdilər.

Universitet kollektivi  bidirir ki, mətbuatda bununla bağlı yazı gedəndən sonra, Asəf İsgəndərov  ali məktəbə gəlib və iki ayın əmək haqlarını ala biliblər.

“Fevralda  mətbuatda bununla bağlı yazılar gedəndən sonra, rektor gəldi və biz iki ayın əmək haqlarını ala bildik. İndi isə mart ayının 7-dən Asəf İsgəndərov  məktəbin  möhrü ilə birlikdə  yenidən yoxa çıxıb. Biz  də maaşlarımızı ala bilmirik. Bu nə vaxta  kimi  davam edəcək?”

Müəllimlər qeyd ediblər ki, maaşlarının verilməməsi hər hansısa iqtisadi böhranla əlaqəli deyil. Çünki , Unversitetlər əmək haqqlarını öz büdcələrindən ödəyirlər.

Mövzu ilə əlaqədar qarşı tərəfin və Təhsil Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın