Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Aktual / “Azərbaycanda qazın qiyməti çox aşağıdır” – Samir Şərifov

“Azərbaycanda qazın qiyməti çox aşağıdır” – Samir Şərifov

“Dövlət müəssisələrini dərhal özəlləşdirməklə heç nəyə nail olmayacağıq”.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bizdə tarif sahəsində çox ehtiyatlı siyasət aparılır: “Çalışılır ki, tariflər kəskin surətdə artmasın. Dövlət büdcəsindən bu tariflərdə olan fərq bağlanılır. Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq. Amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır”.

Həmçinin oxuyun

Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR – Siraqəddin Cabbarovun VAXTI YETİŞİB

Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovun çətin duruma düşdüyü və vəzifələrindən …