Cümə axşamı , Avqust 22 2019
Ana səhifə / Azərbaycanda qalmaqal yaradan “Recep İvedik” təqdim olundu – FOTOLAR

Azərbaycanda qalmaqal yaradan “Recep İvedik” təqdim olundu – FOTOLAR

Türkiyə və Azərbaycanda qalmaqal yaradan “Recep İvedik“ filminin qala gecəsi keçirilib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolunu Şahan Gökbakarın canlandırdığı filmin təqdimat mərasiminə Türkiyənin sayılıb-seçilən simaları qatılıb.

Filmdən sonra jurnalistlərin suallarına cavab verən aktyor həyəcanlı olduğunu  dilə gətirib: “Filmi böyük ümidlərlə təqdim edirik. Yeni film növbətiyə keçidi təmin edir. Bu səbəbdən həyəcanımız hər film daha da artır. “Recep İvedik”in beşincisini də təqdim etdik. Allah bizə bunu nəsib etdi. İzləyənlərimiz sağ olsun ki, bizi tək buraxmadı. Filmimizin sağ əli digər silsilə filmlərin başına, inşallah”.

Yeni film üçün rekord izlənmə gözlədiyini ifadə edən Gökbakar “Filmin treyleri “Youtube” kanalında rekord sayda izləndi. İnanıram ki, kassada da eyni nəticə özünü göstərəcək. İnşallah, sevənlərimiz bizə bu qüruru bir daha yaşadar”, – deyə bildirib.

Qeyd edək ki, “Recep İvedik 5” filminin treylerində Recep İvedik (Şahan Gökbakar) rinqə çıxdığı azərbaycanlı boksçunu bir yumruğu ilə yerə sərmişdi. Sözügedən səhnə hər iki ölkədə birmənalı qarşılanmamışdı.

Ekran işinə ilk etiraz edən Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attar olmuşdu. O boks səhnəsində azərbaycanlının təhqir olunduğunu və iki qardaş ölkənin münasibətlərinə ciddi ziyan vurduğunu bildirmişdi.

Etirazlardan sonra Şahan Gökbahar boks səhnəsini  filmdən çıxarıldığını açıqlamışdı.

Həmçinin oxuyun

İqbal Məmmədov Qulu İbrahimliyə pul ödəməklə özünü çıxılmaz duruma salıb…

Dünən sosial şəbəkədə paylaşılan bir şəkil hamının heyrətinə səbəb oldu. Söhbət tanınmış iqtisadçı Qulu İbrahimli …

Bir cavab yazın