Çərşənbə , İyul 28 2021
Ana səhifə / Aktual / Azərbaycanda orta məktəbdə faciə: – şagird öldü

Azərbaycanda orta məktəbdə faciə: – şagird öldü

Bu gün Ağdaş şəhərindəki orta məktəblərdən birində bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki, Səməd Vurğun adına 1 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2003-cü il təvəllüdlü Cavadov Mustafa Həmid oğlu məktəbin həyətində yıxılıb. Ağır xəsarət alan şagird Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən Lent.az-a bildirilib ki, hadisə tənəffüs vaxtı baş verib və 14 yaşlı şagird sinif yoldaşlarının yanında olarkən qəfil yıxılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

BDU-da baş verən qanlı insidentlə bağlı TƏFƏRRÜATLAR

Məlum olduğu kimi, bu gün Bakı Dövlət Universitetinidə (BDU) rektorun müşaviri və komendantı bıçaqlanıb. Qeyd …

Bir cavab yazın