Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / Azərbaycanda orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək – Qalmaqallı sənəd gündəmdə…

Azərbaycanda orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək – Qalmaqallı sənəd gündəmdə…

““Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırdır. Güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq və qəbul olunacaq. Artıq iş planına da salınıb”. 

Azinforum.az
 xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat  Musa Quliyev deyib.

Sədr müavininin sözlərinə görə, qanunun qəbul edilməsi ilə bağlı problemli heç nə qalmayıb:

“Sadəcə, surroqat ana və donorluq məsələləri uzun müddət idi ki, qanunun qəbul edilməsinə mane olurdu. Artıq hər ikisi qanun layihəsindən çıxarılıb.  Hazırda Azərbaycan reallığı üçün mümkün hesab edilmir. Ona görə də qanun layihəsinin qəbul edilməsi üçün heç bir problemli məsələ qalmayıb”. 

Deputat bildirib ki, İşçi qrup “Orqan donorluğu və transplantasiyası haqqında qanun layihəsi”ni də hazırlayıb:

“Güman ki, gələn həftə Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunacaq. Sənəd səslənəcək fikir və təkliflərlə zənginləşəcək. Ondan sonra rəy üçün müvafiq nazirliklərə göndəriləcək. Rəylərə əsasən, bir daha müzakirə olunub Milli Məclisə təqdim olunacaq. Bu  qanun layihəsi də Milli Məclisin yaz sessiyasına daxil edilib”. 

Həmçinin oxuyun

Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?- Açıqlama

2018-ci ildə Azərbaycanda ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 2896,1 min ton və ya əvvəlki illə …