Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / “Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılıb”

“Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılıb”

“Son 5 ildə 18 136 müəllim işə qəbul olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb:

“Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, tədrisdə tənqidi düşüncə üzrə 27-ci yerə yüksəlib.

Ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub. 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, maaşı isə 2 dəfə artırılıb.

Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illərdə isə 3500-dək məktəb binası tikilib”.

Nazir əlavə edib ki, son 5 ildə ali təhsil müəssisələrinin qəbul gostəricilərində artım müşahidə olunub:

“3124 abituriyent 600-dən yüksək bal toplayıb”.

C. Bayramovun sözlərinə görə, 47 mindən çox şagird təmayüllü siniflərə cəlb olunub və ali universitetlərə qəbul zamanı həmin şagirdlərin daha yüksək bal topladıqları müşahidə olunub:

“Müsbət demokratik göstəricilərə əsasən son ildə birinci sinfə qəbulda artım müşahidə olunub”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …