Cümə , Noyabr 22 2019
Ana səhifə / Aktual / Azərbaycanda kişilərin hərbi qeydiyyat yaşı endirilir – Layihə Milli Məclisdə

Azərbaycanda kişilərin hərbi qeydiyyat yaşı endirilir – Layihə Milli Məclisdə

Azərbaycanda kişi cinsli vətəndaşlar 16 yaşında deyil, 15 yaşında ilkin hərbi qeydiyyata alınacaq.
Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 6-cı (Vətəndaşların ilkin hərbi qeydiyyata alınması) maddəsinin birinci cümləsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. Dəyişikliklə yaş həddi 16-dan 15-ə endirilib.
Layihədə bildirilib ki, cari ilin 1 sentyabr tarixindən tətbiqinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin 15 yaşdan verilməsi nəzərə alınaraq təcrübədə baş verə biləcək uyğunsuzluqların qarşısının alınması məqsədi ilə ilkin hərbi qeydiyyatın da 15 yaşdan aparılması təklif edilir/Report

Həmçinin oxuyun

Elnur Aslanov İlham Əliyevin islahatlarından yazdı: “Ölkə köklü dəyişiklik ərəfəsindədir…”

Azərbaycan prezidenti Administrasiyasının keçmiş şöbə müdiri, hazırda elmi fəaliyyətlə məşğul olan Elnur Aslanov İlham Əliyevin …