Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Azərbaycanda işsizlik azalmaqda davam edir – Naxçıvanda ümumiyyətlə işsiz yoxdur!

Azərbaycanda işsizlik azalmaqda davam edir – Naxçıvanda ümumiyyətlə işsiz yoxdur!

2018-ci il dekabrın 1-dək Azərbaycanda rəsmi olaraq 30,4 min işsiz qeydə alınıb ki, bu da bir il ərzində 17,8 faiz azalma deməkdir. Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadla məlumat verir. İşsizlərdən 38,1 faizi qadındır. 2018-ci il dekabrın 1-ə işsizlərin və işsizlik müavini alanların şəhər və rayonlar üzrə bölgüsü (nəfər)

Hesabata əsasən, bu il dekabrın əvvəlinə Azərbaycanın iqtisadi fəal əhalisinin sayı 5 137,6 milyon nəfərə yaxın olub. Qeyd edək ki, 2018-ci il noyabrın 1-ə olan vəziyyətə əsasən, muzdla işləyən şəxslərin sayı 1 552,8 milyon nəfərə bərabər olub. Onlardan 884,7 min nəfəri dövlət sektorunda, 668,1 min nəfəri özəl sektorda işləyir. Neft sektorunda işləyənlərin sayı 33,9 min nəfər, qeyri-neft sektorunda işləyənlərin sayı 1,5 milyon nəfərdən çox olub.

Həmçinin oxuyun

“Nəcməddin Sadıkov hərbi xidmətdə deyil” – Müdafiə Nazirliyi

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb. Müdafiə …