Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Azərbaycanda internetdə problem yarandı

Azərbaycanda internetdə problem yarandı

Azərbaycanda internetin yayımında problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, təqribən saat 15:00 radələrində ölkənin internet təminatında və milli resursların fəaliyyətində fasilə yaranıb.

Bununla bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. İstifadəçilər yarım saata yaxın internetə girə bilmədiklərini hazırda isə çətinliklə istifadə etdiklərini açıqlayıblar.

İnternet problemi sadəcə provayderlərdə yox, həm də mobil rabitələrdə olub.

“Delta Telecom” şirkətindən “Qafqazinfo”ya bildirilib ki, gün ərzində internetlə bağlı hər hansı bir problem müşahidə olunmayıb.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …