Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Aktual / Azərbaycanda hakim adına daha bir rəzalət – NOVRUZ KƏRİMOV MƏHKƏMƏ ZALININ QAPISINI ARXADAN BAĞLAYIB PROSES APARIR

Azərbaycanda hakim adına daha bir rəzalət – NOVRUZ KƏRİMOV MƏHKƏMƏ ZALININ QAPISINI ARXADAN BAĞLAYIB PROSES APARIR

Azərbaycanda hakim adına daha bir rəzalət baş verib.

AZİNFORUM.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov sədrlik etdiyi açıq məhkəmə iclasında proses keçirilən zalın qapısını arxadan bağlatdırıb. Nəticədə vəkil Elçin Sadıqov iştirakçısı olduğu prosesə qatıla bilməyib.

Vəkil deyir:

“Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov digər vəkilin olmasını bəhanə edərək gecikmiş vəkili, məhkəmə iclas zalına buraxmır. Qapını cəftəylə bağlayıb”.

Gununsesi.info xatırladır ki, Novruz Kərimov sabiq MTN rəhbəri Eldar Mahmudovun məhkəmə sisteminə yerləşdirdiyi hakim kimi tanınır. O, MTN tərəfindən şərlənən yüzlərlə vətəndaş barəsində sifarişli hökmlərin müəllifidir.

Həmçinin oxuyun

Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunub – Vüqar Əliyev kimdir? (FOTO)

Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, …