Cümə , Avqust 23 2019
Ana səhifə / Aktual / AZƏRBAYCANDA GÖMRÜK İNQLABI – MONOPOLİYA LƏĞV OLUNUB

AZƏRBAYCANDA GÖMRÜK İNQLABI – MONOPOLİYA LƏĞV OLUNUB

Son iki gündə Azərbaycan gömrük məntəqələrində ölkəyə gətirilən malların üzərindəki monopoliya aradan qaldırılıb. Bununla bağlı ciddi qərarların verildiyi deyilir. Hazırda bu xəbər bir çox media orqanlarında da yer alıb. Buna səbəb isə Gömrük Komitəsinin iki gün öncə gömrük sistemində bir sıra islahatların aparılması ilə bağlı keçirdiyi kollegiya iclasının keçirilməsi olub. Məlumata görə bu iclasda ciddi qərarlar qəbul olunub, qeyri-rəsmi göstərişlər verilib.

O cümlədən, ölkə başçısınən Zirə qəsəbəsindəki açılış tədbirindən sonra kənd ağsaqqalları ilə görüşündə də bir sıra önəmli mesajlar vermişdi. Bəzi ekspertlər onun sözlərini “prezindet yeni hökumət qurur kimi” dəyərləndirdilər.

Mediada yayılan məlumatlarda isə deyilir ki,, Dövlət Gömrük Komitəsində radikal islahatlar həyata keçirilib. Artıq idxal monopoliyası tam araaan qaldırılb. Yanvarın 1-də ölkəyə məhsul idxalı tam liberallaşıb.

İstiqlal.az-a gömrük komitəsindəki mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, idxalçıları talayan brokerlər gömrük sərhədlərindən uzaqlaşdırılıb və yüklərin qeydiyyat prosesi sadələşdirilib. İndi idxalçılar heç bir maneəsiz ölkəyə gətirdiyi malları sənədləşdirib daxili bazara çıxara biləcəklər.

Sahibkarlardan musavat.com-a daxil olan məlumata görə isə, bayram günləri olduğu üçün hazırda Gömrük Komitəsi fəaliyyət göstərmir. Sözügedən qaydalar yanvarın 5-dən tətbiq olunacaq.

Rəsmi şəkildə təsdiqini tapmayan bu məlumatları dəqiqləşdirmək məqsədilə iqtisadçı ekspertlərlə əlaqə saxladıq.

İqtisadçı ekspert Nazim Məmmədov bildirdi ki, bu barədə ona da məlumat daxil olub və gözləntilər yaxın günlərdə Gömrük Komitəsinin ləğv edilməsi, onun səlahiyyətlərinin aidiyyatı qurumlara verilməsi yönündədir:

“Cənab prezident 9 ayın yekunlarına həsr olunmuş iclasındakı çıxışında ölkədə sahibkarların vəziyyəti ilə bağlı məsələyə toxunmuşdu və sahibkarlara qarşı təzyiqlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar vermişdi. Bizim aldığımız qeyri-rəsmi məlumatlara görə, iki gün öncə Gömrük Komitəsinin kollegiya iclası olmuş, orada brokerlərin gömrük idarələrindən kənarlaşdırılması, beləliklə idxalda monopoliyanın aradan qaldırılması üçün qərar qəbul edilmiş, qeyri-rəsmi tapşırıqlar verilmişdir. Hesab edirəm ki, bu da ölkə başçısının sahibkarlıqla bağlı atdığı addımlardan biridir.

Mən ümumiyyətlə, Gömrük Komitəsinin ləğvini təklif edirəm. Çünki, əslində belə bir qurumun bu vəziyyətdə olması idarəçiliyi daha da məhdudlaşdırır. Vergi yığımını, büdcənin qarşısında olan öhdəlikləri əngəlləyir. Sahibkarların qarşısına əngəl qoymaqla, sonradan vergi ödənişlərini azaldır. Belə demək mümkündürsə, Gömrük Komitəsi özü bir stimullaşdırıcı orqan yox, daha çox məhdudlaşdırıcı orqana çevrilməkdədir. Hesab edirəm ki, onun vergiyığma funksiyaları Vergilər Nazirliyinə, prosedur funksiyalarının isə hər hansı digər orqana və ya ASAN xidmətə verilməsi daha məqsədəuyğun olardı”.

İqtisadçı ekspert onu da bildirdi ki, Gömrük Komitəsi bir departament kimi ya Vergilər Nazirliyinin ya da Maliyyə Nazirliyinin tərkibində ola bilər: “Yəni, əksər sivil ölkələrdə bu belədir. Rusiya kimi böyük bir dövlətdə gömrük xidmətidir, komitə adında bir qurum kimi mövcud deyil. Belə bir orqanın fəaliyyəti ancaq sahibkarlığı məhdudlaşdırır, korrpusiya hallarına yol açır və Azərbaycanın imicinə mənfi təsir göstərir”.

N.Məmmədovun fikrincə, bundan sonra prosedurların necə olacağını proqnozlaşdırmaq çətindir: “Əsas odur ki, Azərbaycanda liberal bazar dəyərləri inkişaf etsin. Burada söhbət hansısa monopoliyanı aradan qaldırmaqdır. Hamı bilir ki, Azərbaycanda iynədən sapa qədər hər bir məhsulun idxalı müəyyən məmurların və ya onlara yaxın olan şəxslərin əlindədir. Monopoliya o zaman yaranır ki, onlar istədikləi qiyməti müəyyən edə bilirlər, qiyməti bazaar müəyyənləşdirmir. Bu səbəbdən Azərbaycana mal idxal edən ölkələrin milli valyutaları ucuzlaşsa da həmin məhsullar Azərbaycan bazarında ucuzlaşmırdı. Belə bir müsbət addımın atılması isə sevindirici haldır ki, istənilən sahibkar, istənilən çeşiddə və həcmdə malı Azərbaycana gətirə bilər və heç bir məhdudiyyətlə üzləşməz. Ancaq Gömrük Komitəsini əvvəlki kimi saxlamaqla buna nail olmaq mümkün deyil. Ona görə də mən ümid edirəm ki, qarşıdakı günlərdə dövlət başçısının fərmanı olacaq və o zaman komitənin hansı strukturun tərkibində olması, necə fəaliyyət göstərməsi məlum olacaq”.

İqtisadçı ekspert Qadir İbrahimli isə bildirdi ki, bu məlumat ona Gömrük Komitəsindəki yetərincə etibarlı olan bir mənbədən daxil olub: “Bu informasiya çox ciddi mənbələrdən gəlib, həm də bir neçə mənbədən gəlib. Gömrük xidmətində artıq monopoliya sistemi ləğv olunub. Yəni ölkəyə mal gətirilməsi , gömrük sənədləşdirilməsi sadələşdirilib. Yəqin ki, yaxın bir-iki gündə bu məlumat öz əksini tapacaq”.

Həmçinin oxuyun

İqbal Məmmədov Qulu İbrahimliyə pul ödəməklə özünü çıxılmaz duruma salıb…

Dünən sosial şəbəkədə paylaşılan bir şəkil hamının heyrətinə səbəb oldu. Söhbət tanınmış iqtisadçı Qulu İbrahimli …

Bir cavab yazın