Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Azərbaycanda “GetContact”a qadağa qoyuldu

Azərbaycanda “GetContact”a qadağa qoyuldu

Azərbaycanda “GetContact” proqramına giriş məhdudlaşdırılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu proqram vasitəsilə istənilən nömrəni axtarışa verib onun kimə məxsus olduğunu öyrənmək mümkün olurdu. Belə ki, proqram telefona yüklənən zaman istifadəçidən şəxsi məlumatlarına, həmçinin yaddaşda saxlanılan telefon nömrələrinə girişə icazə verilirdi. Bu üsulla proqramı yükləyən hər kəsin telefonundakı nömrələr vahid bazada toplanırdı. Sonra isə hər hansı bir nömrəni proqramın axtarış hissəsinə yazıb sorğu verdikdə həmin “app”i yükləyən şəxslərin bu nömrəni hansı adla qeydiyyatdan keçirdiyi üzə çıxırdı.

Bu proqramdan istifadə edənlərin sayı artıqca məsələ gündəmə gəldi və bir çox şəxslərin şəxsi məlumatların yayılmasından narahatlıqlarını bildirdilər. Artıq dünəndən həmin proqrama giriş bloklanıb.

Məlumata görə müvafiq şikayətlərdən sonra ölkə ərazisində bu proqramın istifadəsinə rəsmi olaraq icazə verilmir.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …