Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvləri cəzalarını almalıdır – – Sahil Kərimli

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvləri cəzalarını almalıdır – – Sahil Kərimli

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin bütün üzvləri son nəfərinə kimi müəyyən edilməli və xainlər layiqli cəzalarını almalıdır. Bu sıraya İranın terror-təxribat və pozuculuq fəaliyyətini dəstəkləyən bəzi media qurumlarının əməkdaşları da daxildir.

Bunu fikirləri Trend BİA-nın Baş direktor müavini, siaysi şərhçi Sahil Kərimli bildirib.

O, əlavə edib ki, İranın uzun illər Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti, ölkəmizdə təxribat pozuculuq fəaliyyəti törətməyə cəhdlər etməsi Azərbaycan dövlətini sərt tədbirlər görməyə vadar edir.

“Xüsusilə də Azərbaycanın Tehrandakı səfirliyində törədilən qanlı terror hadisəsi bu məkrli düşmənçiliyi açıq-aşkar biruzə verdi. İranın anti-Azərbaycan siyasəti uzun müddətdir ki, Azərbaycan ictimaiyyətində də haqqlı narazılığa, hiddətə səbəb olub. Odur ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İran casus şəbəkəsinə qarşı həyata keçirdiyi xüsusi əməliyytalar təqdirəlayiqdir”, – deyə o, əlavə edib.

S.Kərimli onu da bildirib ki, İranın Azərbaycan dövləti əleyhinə hazırladığı təxribatlara bəzi media qurumlarının da dəstək verməsi böyük təəssüf doğurur.

“İran kəşfiyyatına casusluq edən və terorçu molla rejimini dəstəkləyən “SalamNews” informasiya agentliyi və “İnteraz” telekanalının əməkdaşları Azərbaycan dövlətinin və xalqının düşmənləridir. Həmin insanlar öz vətənlərinə xəyanəti media nümayəndəsi olaraq ediblər. Bu bizi təəssüfləndirir və üzür. Belələrinə bizim sıralarımızda yer yoxdur”.

S.Kərimli daha sonra vurğulayıb ki, İran casuslarına qarşı əməliyyatların bütün ölkə boyu keçirilməsi ondan xəbər verir ki, bu şəbəkənin dərin kökləri var.

“Böyük ehtimalla casus şəbəkəsinin dairəsi bununla qapanmır. Əminliklə demək olar ki, Azərbaycan hüquq-mühafizə orqanları şəbəkənin dairəsini tam müəyyən edəcək və onlara Qanunun ən sərt üzü göstəriləcək. İnanırıq ki, Azərbaycan dövləti tezliklə qətiyyətli tədbirlərlə İran casuslarının kökünü kəsəcək”, – deyə S.Kərimli əlavə edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …