Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Azərbaycanda doğum üçün gedən qadın hamilə olmadığını öyrəndi – VİDEO

Azərbaycanda doğum üçün gedən qadın hamilə olmadığını öyrəndi – VİDEO

Sabirabad rayon Şəhriyar kənd sakini Nazpəri Abbasovanın başına gələnlər hər kəsi şoka salıb.

Unikal.org-un məlumatına görə, o, “Xəzər xəbər”ə iddia edib ki, hamiləliklə bağlı bir neçə ay həkim yoxlanışından keçib. Ona müalicə üçün dərmanlar da yazılıb. Hamiləliyin 9-cu ayında doğum sancıları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən qadına hamilə olmadığı bildirilib.

N.Abbasova iddia edir ki, o, ultrasəs müayinədən keçib. Bu müddət ərzində heç kim ona hamilə olmadığını deməyib. Hətta dərmanlar da yazıblar.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Nəzakət Bünyatova deyilənlərin doğru olmadığını bildirib.

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …