Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Aktual / Azərbaycanda daha bir qadın plastik əməliyyatın qurbanı olub

Azərbaycanda daha bir qadın plastik əməliyyatın qurbanı olub

Bakıda xəstə əməliyyat masasında vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Plastik cərrah Elçin Zodan “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.

Həmçinin oxuyun

“Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı…”

Türkiyənin “Türkiye” qəzetində Birinci vitse-prezident Mehriban Əliyeva haqqında geniş məqalə dərc olunub.  “Qafqazinfo” xəbər verir …