Ana səhifə / Aktual / Azərbaycanda dərman vasitələrinin reklamı qadağan edilə bilər

Azərbaycanda dərman vasitələrinin reklamı qadağan edilə bilər

Azərbaycanda dərman vasitələrinin reklamının qadağan edilməsi təklif edilir. APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, dərmanların reklamı alkoqollu içkilərin və siqaretin reklamından da təhlükəlidir: “Bu, Avropada da həssas məsələdir və məhdudiyyətlər var. Bizdə də buna yenidən baxılamlı və məhdudlaşdırmalıyıq. Çünki son vaxtlar baş verənlər buna kifayət qədər əsas verir”.

Həmçinin oxuyun

Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər

Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları əslən Kəlbəcər rayonundan olsalar da məcburi köçkün kimi Oğuz rayonunun …