Cümə axşamı , May 26 2022
Ana səhifə / Aktual / Azərbaycanda DƏHŞƏT: Kişi əmisini dırmıqla öldürdü (YENİLƏNİB)

Azərbaycanda DƏHŞƏT: Kişi əmisini dırmıqla öldürdü (YENİLƏNİB)

Prokurorluq Laçın rayon sakininin əmisini öldürməsi barədə məlumat yayıb.

Laçın rayon prokurorluğundan “Unikal”a verilən məlumata görə, 20.04.2022-ci il tarixdə saat 08 radələrində Laçın rayonu, Fingə kənd sakini Əşrəf İsmayılovun almış olduğu xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib, nəticədə sonuncu almış olduğu xəsarətlərdən qeyd edilən tarixdə xəstəxanada ölüb.

Faktla bağlı Laçın rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

***

11:28

Laçın sakini əmisini dırmıqla öldürüb.

Bu barədə “Unikal”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Aprelin 20-də Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ə.İsmayılov aprelin 26-da ölüb.

Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Səlim Müslümov ev dustaqlığına BURAXILDI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Azinforum.az-ın …