Ana səhifə / Aktual / Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb

Azərbaycanda 900-dən çox insan İİV-dən ölüb

“Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2018-ci ilin 4 ayında Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 5831 nəfər rəsmi qeydiyyatdadır”.

APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Eldəniz Muradov deyib.

O bildirib ki, onlardan 4138-i kişi, 1693-ü qadındır.

QİÇS mərhələsində olan vətəndaşların sayının 2103 nəfər olduğunu deyən E. Muradovun sözlərinə görə, 1987-ci ildən bu günə kimi İİV infeksiyasından 904 nəfər dünyasını dəyişib.

O qeyd edib ki, 2006-cı ildən antiretrovirus terapiyaya 4427 insan cəlb olunub.

Həmçinin oxuyun

Ramazanın 21-ci gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 21-ci günüdür. “Azinforum”un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, …