Ana səhifə / Aktual / Azərbaycanda 762 nəfərə böyrək, 101 nəfərə qaraciyər nəql edilib – RƏSMİ

Azərbaycanda 762 nəfərə böyrək, 101 nəfərə qaraciyər nəql edilib – RƏSMİ

“Son 15 ildə Bakı və regionları əhatə etməklə 50-yə yaxın hemodializ mərkəzi yaradılıb. 3700-ə qədər xəstə dövlət hesabına dializ müalicəsi ilə təmin olunub”.
Bunu baş nefroloq Fariz Babayev deyib.
O bildirib ki, Azərbaycanda 762 böyrək, 101 qaraciyər nəql edilmiş xəstə qeydiyyatdadır: “2018-ci il ərzində Azərbaycanda 89 uğurlu böyrək köçürmə əməliyyatı həyata keçirilib”.
F. Babayev ölkədə böyrək çatışmazlığı və orqan nəqli problemlərinə dövlət nəzarətinin daha da artırıldığını bildirib. O qeyd edib ki, xəstələrin dərman təminatı ilə yanaşı, hər il yeni dializ mərkəzləri yaradılır, “Orqanların köçürülməsi haqqında” yeni qanun layihəsi üzərində işlər başa çatdırılmaq üzrədir.(ONA)

Həmçinin oxuyun

Füzuli Ələkbərov məhkəməyə müraciət etdi

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakının Səbail rayonu ərazisində yerləşən mülkiyyətin …