Cümə , Oktyabr 22 2021
Ana səhifə / Aktual / Azərbaycanda 12-15 yaşlı uşaqlar da peyvənd olunacaq
Closeup of little girl arm receiving coronavirus vaccine at doctor's office

Azərbaycanda 12-15 yaşlı uşaqlar da peyvənd olunacaq

Azərbaycanda 12 yaşdan etibarən uşaqlara peyvənd vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq qərar qəbul edib.

Qeyd olunur ki, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Həmçinin oxuyun: 9 yaşlı uşaq atasının intiharından 2 ay sonra özünü öldürdü – “Yuxuda görüb ki…”

Həmçinin oxuyun

Putin Zəngəzur dəhlizindən danışdı

Bakı və İrəvan Qarabağdakı qan tökülməsini dayandırmaqa bacarıblar, bir anlıq maraqlardan əl çəkiblər, indi isə …