Cümə , Aprel 19 2024
Ana səhifə / Azərbaycana transfer olunan ən bahalı futbolçular – Siyahı

Azərbaycana transfer olunan ən bahalı futbolçular – Siyahı

Artıq transfer pəncərəsi bağlanıb. Bundan sonra klublar yalnız azad agent statuslu futbolçuları heyətlərinə qata bilərlər.
Bu yay Azərbaycan klubları transfer bazarında çox passiv göründü. Yalnız Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və nisbətən “Qəbələ” müəyyən fəallıq göstərdi. Digərləri isə əsasən yerli futbolçuları və ucuz əcnəbiləri heyətlərinə qatdı.
Bəs bu yay ölkəmizə gələn ən bahalı futbolçular kimlər olub?
Fanat.az “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, bu yay ölkəmizə gələn ən bahalı futbolçuları müəyyənləşdirib.
Məlum olub ki, ən bahalı futbolçuları “Qarabağ” transfer edib. Ağdam klubunun PAOK-dan icarəyə götürdüyü Pedro Enrikenin transfer qiyməti 3 milyon avrodu. Ağdam klubunun dünən axşam Yunanıstan “Olimpiakos”undan icarəyə götürdyü Norveç millisinin üzvü Tarik Elyunussiyə 1,5 milyon avro qiymət qoyulub. Ukrayna “Şaxtyor”undan “Qarabağ”a gələn Anton Kanibolotskinin dəyəri isə 1 milyon avrodu.
1. Pedro Enrike (PAOK-dan “Qarabağ”a) – 3.000.000
2. Tarik Elyunussi (“Olimpiakos”dan “Qarabağ”a) – 1.500.000
3. Anton Kanibolotski (“Şaxtyor”dan “Qarabağ”a) – 1.000.000
4. Vild-Donald Gerye (“Alanyaspor”dan “Qarabağ”a) – 800.000
5. Yakub Jezniçak (“Legiya”dan “Qarabağ”a) – 700.000
6. Stiven Jozef-Monroz (“Brest”dən “Qəbələ”yə) – 700.000
7. Dion Malone (“Den Haaq”dan “Qəbələ”yə) – 700.000
8. Deyv Bultuis (“Nürnberq” “Qəbələ”yə) – 700.000
9. Jozef Bum (“Qaziantep BB”dən “Zirə”yə) – 600.000
10. Ramil Şeydayev (“Trabzonspor” “Qarabağ”a) – 500.000
11. Endi Hallidey (“Reyncers”də “Qəbələ”yə) – 500.000
12. Famussa Kone (“Göztəpə”dən “Qəbələ”yə) – 500.000

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın