Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Azərbaycana qarşı xaricdəki kanalların sponsorlarından biri bilindi: Rəşid Hüseynov – Faktlar

Azərbaycana qarşı xaricdəki kanalların sponsorlarından biri bilindi: Rəşid Hüseynov – Faktlar

Bir neçə ildir ki, xaricdə yaradılan, oradan idarə olunan və bütün fəaliyyəti Azərbaycan dövlətinə qarşı yönələn youtube kanalları, facebook səhifələri parlament seçkiləri ərəfəsində daha da aktivləşiblər.

Həmin kanalların, səhifələrin bəzi Azərbaycan vətəndaşları tərəfindən maliyyələşdirildiyi və idarə olunduğuna dair iddialar, faktlar var. Bu sosial şəbəkə kanal və səhifələrinin məqsədi Azərbaycanda təxribatlar törətməkdən ibarətdir.

Seçki prosesində sözügedən səhifələri dövlətimizə qarşı çalışdıran, maliyyələşdirən şəxslərdən biri məlum olub.

Bu, “Yaban PUB”un sahibi, iş adamı eyni zamanda dünyaca məhşur olan bir çox pivə markalarının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rəşid Hüseynovdur.

Rəşid Hüseynov hazırda xaricdədir və özünün facebook səhifəsində də Azərbaycana qarşı təxribatlar törədən, dövlətimizə qarşı olan kanalların, səhifələrin yaydığı materialları paylaşmaqla məşğuldur.

O, özünün missiyasına uyğun olaraq, 35 saylı Xətai üçüncü Seçki Dairəsinin timsalında da təxribatlarını həyata keçirir.

Belə ki, onun bu dairədə seçkiləri pozmağa çalışan deputatlığa namizəd, yaxın qohumu İqbal Ağazadəyə də maddi və insani dəstək verdiyi haqda informasiyalar var.

R.Hüseynov İqbal Ağazadənin radikal xarici saytlarda yayımlanan açıqlamalarını paylaşmaqla, bir daha öz missiyasını ortaya qoymuş olub. Hesab edirik ki, bu faktlar müvafiq hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılacaq.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …