Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Aktual / Azərbaycana qarşı casus şəbəkəsinin daha bir üzvü ifşa olundu — Hakim Əlizadə kimdir?

Azərbaycana qarşı casus şəbəkəsinin daha bir üzvü ifşa olundu — Hakim Əlizadə kimdir?

Dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılan Polad Aslanovla başqa ölkənin xüsusi xidmət orqanlarına casusluq etdiyini sübut edən faktlar dərc etmişdik. 


Bu faktlarda diqqət çəkən əsas məqamlardan biri Polad Aslanovla bölgədəki dini-klerikal dairələr arasında əlaqəni quran və ondan əldə etdiyi məlumatları həmin dini dairələrin mövcud olduğu ölkənin xüsusi xidmət orqanlarına ötürən şəxsin Türkiyədə fəaliyyət göstərən “Qlobal Düşüncə və Araşdırmalar Mərkəzi”nin rəhbəri Hakim Əlizadə olmasıdır.


Maraqlıdır, Hakim Əlizadənin ictimai fəaliyyəti nədən ibarətdir və o, niyə Türkiyədə yaşayır?


“Qlobal Düşüncə və Araşdırmalar Mərkəzi”nin Hakim Əlizadə Polad Aslanovla məlum xüsusi xidmət orqanı arasındakı “əlaqələndirici şəxs” rolunu oynayır.


O, bu istiqamətdə əsas fəaliyyətə 2013-cü ildən etibarən başlayıb. Polad Aslanov Azərbaycanda ictimai-siyasi, iqtisadi və digər sahələrdəki vəziyyət, eləcə də İslam dinin digər təriqətləri haqqında topladığı məlumatları internet üzərindən Türkiyədə Hakim Əlizadəyə çatdırır, ikinci də əməkdaşlıq etdikləri xüsusi xidmət orqanına ötürürmüş.


Məlumatlara görə, Hakim Əlizadə 2014-ü ildə Polad Aslanovdan Azərbaycanda İslam dinin digər təriqətləri ilə bağlı təfsilatlı məlumatlar toplamağı xahiş edib. 


Polad Aslanov isə verilən tapşırığa uyğun olaraq açıq mənbələr və digər üsullarla məlumatları toplayaraq, ona göndərib, Hakim Əlizadə də lazımi yerlərə çatdırıb.


Hakim Əlizadə haqqında informasiya olduqca azdır. “Facebook” səhifəsi 2016-cı ilə qədər mövcud olub, daha sonra de-aktiv edilib. Əsas aktivliyi Tvitterdə müşahidə olunur.


Onun atdığı tvittlər də bu kontektsdə diqqət çəkir. İşğalçı Ermənistanla müharibədə verdiyimiz şəhidlərlə bağlı birmənalı olmayan fikirlər yazan Hakim Əlizadə həm də Türkiyədə yaşamasına və orada fəaliyyət göstərməsinəı baxmayaraq, bölgədəki məlum dini dairələrin mövqeyini müdafiə edir, onların tezislərindən çıxış edir.


Misal üçün, Azərbaycanda konstitusiya quruluşunu dəyişdirməyə cəhd edən radikal dindarların cinayət məsuliyyətinə cəlb edilməsini həzm edə bilmir, onları “günahsız İslam alimləri” adlandırır.


Ən maraqlı məqamlardan biri də “Parstoday” agentliyinin zaman-zaman Hakim Əlizadədən müxtəlif məsələlərlə bağlı münasibət öyrənməsidir. Bu agentliyin hansı qüvvələrə bağlı olduğu fonunda Hakim Əlizadənin fəaliyyətinin məqsədi daha aydın şəkildə görünür.


Onun məlum dairələrə niyə Türkiyə üzərindən işləməsi də maraq doğurur. Görünür, bu taktika diqqəti yayındırmaq xarakteri daşıyır və məlumatların əvvəlcə Türkiyəyə, oradan da məlum ölkəyə göndərilməsi ilə iz azdırmağa çalışırlar. 


Bu, nə Hakim Əlizadənin, nə də Polad Aslanovun düşünə biləcəyi taktikadır. Bu birbaşa xüsusi xidmət orqanlarının zaman-zaman istifadə etdikləri yollardan biridir və Polad Aslanovun məlumatları Türkiyəyə göndərməsi, Hakim Əlizadənin də məlum yerlərə çatdırması bunu bir daha sübut edir.


Ortaya çıxan faktlar Polad Aslanovun kimlər vasitəsilə hansı qüvvələrə işlədiyini açıq şəkildə sübut edir. Artıq bundan sonrası istintaqın işidir…

Demokrat.az

Həmçinin oxuyun

Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq” – FOTOLAR

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə növbəti təmizlik aksiyası keçirilib. …