Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / Azərbaycan Zəfər Gününü bayram edir

Azərbaycan Zəfər Gününü bayram edir

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb. Ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir. İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, Vətən uğurunda canlarından keçənlərin ruhuna dualar oxuyurlar. Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib.

Azərbaycanın məscidlərində “Şükür” namazları qılınır. Az sonra, saat 10:00-da Bakıda genişmiqyaslı yürüş başlayacaq. Aksiya Azneft dairəsindən start götürəcək və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Zəfər Günündə Şuşadakı Yuxarı Gövhər Ağa məscidində də “Şükür” namazı qılınıb.

Xatırladaq ki, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər bayramını Şuşada qeyd edirlər, prezident və xanımı ötən gün Şuşaya yola düşüb.

2020-ci ilin 27 sentyabrda başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Şuşa da daxil olmaqla, 30 ilə yaxın işğal altında olan ərazilərini yenidən nəzarət altına alıb, Qarabağ və Laçın dəhlizinə rus sülhməramlıları yerləşdirilib.

Ötən il noyabrın 10-da müharibənin bitməsi Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında üçtərəfli bəyanatla elan olunub. Lakin son 12 ay ərzində 10 noyabr bəyannaməsinin nəzərdə tutduğu kommunikasiyaların açılması ilə bağlı məsələ hələ də mübahisələr mövzusu olaraq qalır.

Ötən il ərzində tərəflər arasındakı sərhədlərdə atışma ilə müşayiət olunan gərginlik müşahidə olunub. Buna baxmayaraq bəzi təhlilçilər hesab edir ki, 44 günlük müharibədən sonra regionda qüvvələr nisbəti və status-kvo dəyişib və bu, yeni əməkdaşlıq perspektivlərini açır.

Həmçinin oxuyun

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, …