Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Azərbaycan XİN “Eurasianet.org” portalının jurnalistinin Dağlıq Qarabağa səfəri barədə

Azərbaycan XİN “Eurasianet.org” portalının jurnalistinin Dağlıq Qarabağa səfəri barədə

“Eurasianet.org” portalında Azərbaycanla əlaqədar çıxan materiallarla əksər hallarda razılaşmamağımıza və qərəzli hesab etməyimizə baxmayaraq, işğal olunmuş ərazilərə jurnalist qismində səfər etmək üçün “Eurasianet.org” tərəfindən Azərbaycana əvvəlcədən rəsmi müraciət edildiyini, ölkəmizin qanunlarına və ərazi bütövlüyünə hörmət ifadə olunduğunu nəzərə alaraq, media azadlığına hörmət prinsipi əsasında sözügedən jurnalistin səfərinə etiraz edilməyib.

Bunu “Eurasianet.org” portalının müxbiri Joşua Kuçeranın özünəməxsus sosial şəbəkələrdə işğal olunmuş ərazilərimizə səfər etdiyi barədə məlumatına münasibət bildirən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib: “Nyu-Yorkda yerləşən “Eurasianet.org” portalının Baş direktoru David Trillinqin imzası ilə Qafqaz regionu üzrə redaktor Coşua Küçeranın 2-9 iyun tarixlərində Dağlıq Qarabağa səfər etmək niyyəti barəsində 25 və 30 may tarixlərində XİN-nə iki rəsmi məktub daxil olub. Məktubda Azərbaycanın qanunlarına hörmət edildiyi və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı qeyd olunub. Həmçinin məktubda bu səfərin heç bir halda Qarabağın hər hansı bir statusunun tanınması və ya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik mənası daşımadığı qeyd olunub.

“Eurasianet.org” portalının sözügedən məktubları Azərbaycan Respublikası ərazisində xarici KİV nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya müraciəti kimi qəbul olunub”.

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …