Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər

“Henley & Partners” şirkəti bu gün 200 dövlətin viza qaydalarının təhlili əsasında və vizasız girişin mümkün olduğu ölkələrin sayına görə sıralanan yenilənmiş Pasport İndeksini dərc edib.

“Report” xəbər verir ki, Azərbaycan vətəndaşları vizasız 67 ölkəyə baş çəkə bilərlər.

“Azərbaycan 2019-cu ildə İndeksdə 76-cı yeri tutub (2018-ci illə müqayisədə iki mövqe geriləyib). Hazırda Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər (2018-ci ildə 66 ölkə olub)”, – “Henley & Partners”dən qeyd ediblər.

İl ərzində Azərbaycan Pakistan, Seneqal və Serbiyaya vizasız giriş əldə edib, eyni zamanda Benin və Cibuti ilə vizasız rejim ləğv edilib.

İndeksdə birinci yeri Yaponiya tutur. Bu ölkənin vətəndaşları dünyanın 191 ölkəsinə vizasız (və ya gəldikdən sonra viza almaqla) gedə bilərlər. Bu, keçən ilin göstəricisi ilə müqayisədə bir ölkə çoxdur. Sinqapur 190 ölkə ilə ötən il olduğu kimi, 2-ci yeri tutub. 189 ölkə göstəricisi ilə Cənubi Koreya və Almaniya 3-cü yeri tuturlar.

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …