Ana səhifə / Aktual / “Azərbaycan vəkilliyinə edilən hücum Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini sarstımağa yönəlib”

“Azərbaycan vəkilliyinə edilən hücum Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini sarstımağa yönəlib”

Vəkillər Kollegiyasının üzvü Abbas Kərimbəyli Azinforum.az İnformasiya Portalına açıqlamasında Azərbaycan vəkillərinin həqiqi birliyinin bəzi dairələri çox narahat etdiyini bildirib: “Bu səbəbdən də xaricdəki bəzi dairələr son 10 ildə Vəkillər Kollegiyası ilə hüquqi mübahisəsi olan bir neçə hüquqşünasın rəyi ilə qərəzli qara PR kampaniyası aparırlar, bizə qarşı əsas ittihamlardan biri kimi 2018-ci ildən nümayəndəlik institutunun məhdudlaşdırılmasını belə göstərirlər. Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç mövcud deyil”.

A.Kərimbəyli Vəkillər Kollegiyasının üzvü olaraq, bu cür cəhdləri şiddətlə qınadığını vəı ölkənin vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul etdiyini vurğulayıb: “Vəkillik sahəsində vəziyyətin həqiqətən də ağır olduğu dövrdə, bir peşə birliyi kimi vəkilliyin mövcudluğu hiss olunmayan illərdə bu təşkilatlar harada və nə ilə məşğul idilər, niyə susurdular? Azərbaycanda peşəkar fəaliyyətinə görə heç bir vəkil təzyiq və təqiblə üzləşməyib. Əgər bu günə qədər belə hal baş veribsə belə, bu, həmin vəkilin peşəkar fəaliyyətində yol verdiyi səhvlər, daha dəqiqi həmin vəkillərə öz hüquqlarını etibar etmiş şəxslərin qanuni və əsaslı şikayətləri əsasında baş verib”.
Vəkillər Kollegiyasının üzvü aparılan kampaniyanı təkcə Azərbaycan vəkilliyinə deyil, eyni zamanda bütünlükdə ölkəmizin əlehinə yönəlmiş kampaniya kimi qiymətləndirir: “Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətimizin ali məqsədi insan hüquq və azadlıqlarının və insanların layiqli həyat səviyyəsinin təmin olunmasıdır. Bu məqsədlərə nail olunmasında heç şübhəsiz, vəkillik əvəzsiz və mühüm rola malikdir. Vəkilsiz səmərəli hüquq və azadlıqların müdafiəsindən birmənalı şəkildə danışmaq olmaz. Bu mənada Azərbaycan vəkilliyinə edilən hücum Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini sarstımağa yönələrək, postmüharibə dövründə Azərbaycana qarşı aparılan kampaniyanın bir hissədir. Ona görə də vəkillərimiz başda olmaqla, hüquq ictimaiyyəti bu məsələdə mümkün qədər ayıq olmalı, mövqeyini ortaya qoyaraq Azərbaycan vəkilliyinin şantajçı qüvvələrin alətinə çevrilməsinə imkan verməməlidir”.

Həmçinin oxuyun

MQF-nin təşəbbüsü ilə vətəndaş cəmiyyətinin problemləri onlayn müzakirə edildi

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə 23 fevral 2020-ci il tarixində “Vətəndaş cəmiyyətinin inkişafı və …