Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / Azərbaycan və İran prezidentlərinin iştirakı ilə beynəlxalq dəmir yolu xətti istifadəyə veriləcək –Açıqlama

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə beynəlxalq dəmir yolu xətti istifadəyə veriləcək –Açıqlama

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi və  Astara-Rəşt dəmir yolu xəttinin təməlqoyma mərasimi keçiriləcək.

Bunu İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri bildirib.

A. Nəzəri Cənub-Qərb dəhlizi və Qara dənizin  Fars körfəzinə  birləşdirilməsinin qarşıda duran böyük layihələr olduğunu diqqətə çatdırıb. Bu dəhliz vasitəsilə Avropa ölkələrinin yükləri Polşa, Ukrayna, Gürcüstan, Azərbaycan və İran vasitəsi ilə Fars körfəzinə və Hindistana, o cümlədən digər körfəz ölkələrinə daşınacaq: “Bu layihə ilə bağlı ticari və texniki  danışıqlar aparılıb”.

A.Nəzəri Avropadan Astara dəmir yolu vasitəsilə sərnişinlərin də daşınacağını nəzərə çatdırıb:  “Bununla bağlı İran, Azərbaycan və Rusiya arasında ikitərəfli və üçtərəfli danışıqlar aparılıb.  Texniki və ticari məsələlər üç ölkənin ekspertləri tərəfindən araşdırılmalıdır. İlk mərhələdə üç ölkə  İranın Astara terminalından Moskvaya kimi sərnişin qatarların hərəkətini və Moskvadan Fars Körfəzinə kimi  yük qatarlarının  hərəkətini nəzərdə tutub. Bu dəmir yolu vasitəsilə  ən azından ildə 2 milyon ton  yük daşınması və  gələcəkdə isə bu həcmin 5 milyon tona çatdırılması nəzərdə tutulur”.  

İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru deyib ki, Azərbaycan Respublikası  Astara terminalının tikintisinə 60 milyon dollar, Astara-Rəşt  dəmir yolu xəttinin tikintisinə isə 500 milyon dollar investisiya yatırır.  (APA)

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …