Cümə , Dekabr 8 2023
Ana səhifə / Aktual / Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşada: spikerlər Cıdır düzündə olublar

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşada: spikerlər Cıdır düzündə olublar

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində Cıdır düzündə olublar.

Azinforum.az Report-a istinadla xəbər verir ki, Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

***

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin Şuşa şəhərinə səfəri başlayıb.

Məlumata görə, parlament sədrləri bu gün şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.

Nümayəndə heyətləri Şuşadan qayıdarkən yolüstü Füzuli rayonuna da baş çəkəcəklər.

Həmçinin oxuyun

“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adı altında layihənin növbəti tədbiri həyata keçirilib

YAP Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin …