Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Azərbaycan tərcüməçisinin səhvi rublun məzənnəsinin kəskin artmasına səbəb oldu

Azərbaycan tərcüməçisinin səhvi rublun məzənnəsinin kəskin artmasına səbəb oldu

“İnterfaks” xəbər verir ki, Azərbaycan tərcüməçisinin səhvi nəticəsində Rusiya rublunun məzənnəsi hərraclarda kəskin artdı.

Azinforum.az RuPosters-ə istinadən bildirir ki,  səhv sitatı birinci  bu portal dərc etmişdi.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana baş çəkmişdi. Bakıda brifinqdə çıxış edərkən o bildirmişdi ki, “ABŞ Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə baxmır”. Sonra aydınlaşdı ki, ABŞ nümayəndəsi az qala bunun əksini deyibmiş, ancaq Azərbaycan dilinə tərcümədə sitat təhrif olunub.

“Biz hərəkətləri, hansılar ki, kimyəvi silahın tətbiqi haqqında qanunvericiliyə uyğun olaraq təşəbbüs etməyə məcbur edilə bilərik,  öyrənməyə davam edirik. Hal-hazırda qərar qəbul edilməyib”, – “Bloomberg” onun əsl ifadəsini sitat gətirib.

Nəticədə rubl demək olar ki, 70 qəpik bahalaşdı, dolların məzənnəsi 65 rubl aşağı düşdü. “Əmanət bank”ın səhmləri 4%, VTB-nin aksiyaları isə 2% artdı.

Həmçinin oxuyun

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” — VİDEO

“Mən, Babayan Jenya Pavlovna 21 mart 1935-ci ildə anadan olmuşam. Biz həmişə azərbaycanlılarla birgə yaşamışıq. …