Ana səhifə / Aktual / Azərbaycan Sosialist Partiyası dövlət qeydiyyatı ilə bağlı yaranmış problemə görə Avropa İnsan Haqqları Məhkəməsinə müraciət etdi

Azərbaycan Sosialist Partiyası dövlət qeydiyyatı ilə bağlı yaranmış problemə görə Avropa İnsan Haqqları Məhkəməsinə müraciət etdi

Əsası 1999 – cu ildə Yeni Yol Partiyası adı altında qoyulmuş, 2003 – cü ildən isə adı dəyişdirilərək Azərbaycan Sosialist Partiyası adlandırılmış siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı yaranmış problem səbəbindən, baxılmaq üçün Avropa İnsan Haqqları Məhkəməsinə təqdim edilmişdir.

Keçən 23 il ərzində partiyanın dövlət qeydiyyatına qərəzli şəkildə alınmaması, qeydiyyat sənədlərinin dəfələrlə müxtəlif bəhanələrlə geriyə qaytarılması, nəhayətdə isə keçən üç il ərzində keçirilmiş çoxsaylı məhkəməiclaslarının belə çıxardığı ədalətsiz və haqqsız qərarlar, partiyanı belə bir addım atmağa məcbur etmişdir.

Partiya təmsilçisi Elşən Həsənovun fikirlərinə görə Azərbaycanın qoşulduğu İnsan Hüquqları konvensiyasının müvafiq maddələrinin açıq – aşkar  pozuntusuna yol verildiyi bir şəraitdə Azərbaycan Sosialist Partiyasının ədalətli qərara nail olaq cəhdi, anlaşıqlı qarşılanmalıdır:

“Son qərar, Avropa İnsan Haqqları Məhkəməsinin qərarı olacaqdır. Məsələnin ədalətli həllinə nail olacağımız ana qədər mübarizə aparmaq əzmindəyik”.

Azinforum.az

Həmçinin oxuyun

Hikmət Mirzəyev iclas keçirdi – Tapşırıqlar diqqətə çatdırıldı

Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib. Bu …