Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Azərbaycan səmasında uçan naməlum obyekt göründü

Azərbaycan səmasında uçan naməlum obyekt göründü

Azərbaycanda havada hərəkət edən naməlum obyekt görünüb.

“Report” xəbər verir ki, dairəvi formada olan qeyri-adı obyekt ötən gün saat 20:00 radələrində İmişli şəhəri ərazisində qeydə alınıb.

Naməlum obyekt təxminən beş dəqiqə müddətində yerdən 500-600 metr hündürlükdə hərəkət edib və adi gözlə aydın müşahidə edilib.

Bəzi sakinlər tərəfindən telefonla qeydə alınan cisim bir neçə müddət səmada dayandıqdan sonra anidən gözdən itib.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …