Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / AZƏRBAYCAN QÜDSÜ İSRAİLİN PAYTAXTI KİMİ TANIMADI – Foto

AZƏRBAYCAN QÜDSÜ İSRAİLİN PAYTAXTI KİMİ TANIMADI – Foto

Azərbaycan BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin lehinə səs verib.

“Report” xəbər verir ki, məlumatı BMT-nin mətbuat xidməti yayıb.

Azərbaycanla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü – Böyük Britaniya, Çin, Fransa və Rusiya, habelə dünyanın aparıcı dövlətlərindən Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya, Norveç də Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqda qətnaməni dəstəkləyiblər.

Qeyd edək ki, ötən gecə BMT Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə olub. 35 dövlət isə bitərəf qalıb.

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib. 20 ölkə o cümlədən Gürcüstan, Ukrayna, Moldova, Monqol Eli, Zambiya səsvermədə iştirak etməyib.

ab1420d8-d70f-4cb2-817d-d6fd661bdf11

Həmçinin oxuyun

Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi

Ermənistanın Rusiyadakı əsas lobbiçilərindən biri, Rusiya Dövlət Dumasının deputatı, MDB İşləri Komitəsinin sədr müavini Konstantin …